“Çox həlim, gözəl səsi, incə musiqi duyumu var idi”.
Bu fikirləri məşhur “Şəms” və “Təbriz” qruplarının solisti olmuş populyar müğənni Vüqar Yusubovun vəfatından kədərlənən Xalq artisti, “Şöhrət” ordenli Niyaməddin Musayev Yenicag.az-a açıqlamasında deyib.
O, sənətçinin vaxtsız vəfatından üzüldüyünü bildirib:
“Vüqar mənim mahnılarımdan ilhamlanaraq bu sənətə gəlmişdi. Ölüm xəbərini eşitdim və çox pis oldum. Bu həyatdan çox erkən yaşında getdi. Ailəsini də tanıyıram, gözəl insanlardı.
Çox həlim, gözəl səsi, incə musiqi duyumu var idi. Sevənləri çox idi. Böyük-kiçik yeri bilən insan idi. Mənim “Azərbaycan torpağında” adlı mahnımla məşhurlaşmışdı.
Allah rəhmət eləsin”.
Cəvahir
www.yenicag.az