Vurğun Əyyub Müsavat Məclisinin üzvlüyündən çıxarılıb

media-hightechnic-468x90

d37e70b45e1e197620f90fc48b0f1d28Bu gün Müsavat Məclisinin toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılıb.

Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı bildirib ki, Vurğun Əyyub mətbuata açıqlamasında özünü Məclis üzvü hesab etmədiyini və toplantılarına qatılmayacağını bəyan edib.

O, V. Əyyubun Məclis üzvlüyündən çıxarılmasını səsverməyə qoymağı təklif edib.

Müsavat başqanının müavini Elman Fəttah isə qeyd edib ki, V. Əyyubun Məclis üzvlüyündən çıxarılması səs verməyə qoyulmalı deyil, çünki artıq bu istefadır və Məclis üzvləri tərəfindən təsdiq olunmalıdır.

Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə V. Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə razılaşmayaraq, qeyd edib ki, mətbuatdakı açıqlamalar əsas götürülməməlidir.

Sabiq başqan İsa Qəmbər isə qeyd edib ki, V. Əyyubun məsələsi çox uzanır: “Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.

Təklif nəzərə alınaraq, V. Əyyubun adı Məclis üzvlüyündən çıxarılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600