Vüsaldan məşhur müğənni barədə QALMAQALLI SÖZLƏR: ”Onun nümunə göstərilməsi faciədir”
“Üzeyirin nümunə kimi göstərilməsi faciədir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Vüsal Hacıyev “Günə bax” verilişində deyib.
O, həmkarı Üzeyir Mehdizadə ilə bağlı qalmaqallı fikirlər səsləndirib:
“Üzeyirin şəxsiyyətini qoyuram bir kənara, ifaçılığından danışıram. Onun oxuduqlarında ifaçılıq yoxdur. Mən verilişlərə gedəndə onun barəsində deyirlər ki, Azərbaycanda onun qədər baxış sayı olan müğənni yoxdur. Türkmənistan, Özbəkistanda konsertlərini misal çəkirlər, onu nümunə göstərirlər. Mən hesab edirəm ki, onun nümunə kimi göstərilməsi faciədir”.
Vüsal aparıcıya da sual ünvanlayıb: “Siz onu bəyənirsinizmi?”.
İlqar Mikayıloğlunun cavabı belə olub: “Onun müəyyən musiqiləri var ki, qulaq asıram, bəyənirəm”.
Nehru













