“Whatsapp” şübhəli adlara sahib qrup çatlarındakı istifadəçiləri bloklayır.
Yenicag.az xəbər verir ki, “Whatsapp” messenceri şübhəli adlara sahib qrup çatlarının istifadəçilərini bloklamağa başlayıb. Bu vəziyyət ilə dünyanın bütün “Whatsapp” istifadəçiləri qarşılaşıblar.
Şübhəli adlara sahib qrup çatlarındakı istifadəçilərin bloklanması haqqında ilk məlumatı “Mowe11” ləqəbli “Reddit” istifadəçisi verib. Onun sözlərinə əsasən qrup çatının iştirakçılarından biri qrup çatının adını “qeyri qanuni olan bir şey”-ə dəyişib.
Daha sonra messencer həmin qrupda olmuş bütün istifadəçiləri bloklayıb. Digər “Reddit” istifadəçisi isə bildirib ki, messencer 100 nəfər şəxsin olduğu məktəb qrupunun çatını bloklayıb. Qeyd etmək lazımdır ki, bloklanmadan sonra istifadəçilər yalnız öz nömrələrini dəyişə bilərlər. Bu halda onlar çatlar üzrə tarixçələri də itirəcəklər. Messencerdə bloklanmaqdan yayınmaq üçün qrup adminlərinə iştirakçıların qrup məlumatlarını dəyişmələrinə qadağa qoymaları məsləhət görülür.
www.yenicag.az