!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Wi-Fi-ya görə qardaş qardaşı öldürdü - FOTO

!Reklam – Yazi

Amerikanın Massaçusets ştatında qardaş qardaşı internet oyununa görə bıçaqlayaraq öldürüb.

Yenicag.az xəbər verir ki, qardaşlar arasında evdə internetin sürətinin zəiflədiyinə görə mübahisə yaranıb. Mübahisə böyüyüb və balaca qardaş böyük qardaşını bıçaqlayıb.

20 yaşlı Timoti Rekord adlı oğlan 23 yaşlı qardaşı Natan Rekordu öldürdüyünə görə həbs olunub.

Polislərin dediyinə görə, oğlanların anası mübahisə zamanı 911-ə zəng edib. Polislər evə çatanda Natan qan içində olub. Ona ilk yardım göstərilib, xəstəxanaya çatdırılsa da, Natan həyatını itirib.

Timoti hadisə yerində tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, Timoti internetdə onlayn olaraq “Call of Duty” oynayan zaman internetin sürəti zəiflədiyinə görə qardaşını mətbəxdən götürdüyü bıçaqla öldürüb. (Milli.az)

COP29

www.yenicag.az

1724
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv