!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb

!Reklam – Yazi

Ən son “Windows” yeniləməsi “VPN” xidmətlərinin sıradan çıxmasına səbəb olub.

Məlumata görə, “Microsoft”, bəzi “Windows” kompüterlərinin “VPN” bağlantıları ilə əlaqədar problemlərin olduğunu təsdiqləyib. Qəza “Windows”un bir sıra versiyaları və nəsilləri üçün ən son təhlükəsizlik yeniləmələrini quraşdırdıqdan sonra baş verib. Beləliklə, “Windows” 11-in 23H2, 22H2 və 21H2, “Windows” 10-un 22H2 və 21H2, “Windows Server”in 2022, 2019, 2016, 2012 R2, 2012, 2008 R2 və 2008 versiyalarında problemlər yaranıb.

Problemin səbəbi hazırda məlum deyil və “Microsoft” hələ də problemləri həll etməyib. Düzəlişin növbəti planlaşdırılan yenilənmədə buraxılması gözlənilir. Müvəqqəti bir həll olaraq, tərtibatçılar daxili nasazlıqların aradan qaldırılması vasitələrindən istifadə etməyi məsləhət görürlər.
Mənbə: Gazeta.ru

COP29

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv