!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti biabır etdi: “Pul verib efirə çıxır”

!Reklam – Yazi

Bu gün Milli Musiqi günüdür.

Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov Yenicag.az-a danışaraq musiqimizin hazırkı durumundan narahatlığını dilə gətirib.

Bayağı mahnıların və qeyri-peşəkar müğənnilərin təbliğ olunduğunu deyən bəstəkar telekanalları günahlandırıb:

“Bu gün peşəkar bəstəkarlar, müğənnilər qalıb bir qıraqda, qeyri-peşəkarlar ortaya düşüb, efirlərdə təbliğ olunur. Onları bütün günü efirdə görən tamaşaçı da həmin müğənniləri səviyyəli sənətçi kimi qəbul edir. Gənc nəsildən soruşsan, çoxu Üzeyir Hacıbəylini, Qara Qarayevi, Fikrət Əmirovu tanımayacaq. Lakin qeyri-peşəkar müğənnilərin adlarını çəkəcək. Bu da mədəniyyətimizin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Belə müğənniləri efirlərə buraxmaq cinayətdir. Çünki insanların zövqlərini korlamaqla məşğuldurlar. Hər kəs yaxşı bilir ki, onlar efirə pul verib çıxır”.

Cəvahir

www.yenicag.az

8251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv