!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT ETİRAZ: “Xaricdə əlil arabasındakı aktyorlar səhnədə, bizdə isə..."

!Reklam – Yazi

“Moskvada elə aktyorlar olub ki, onlar əlil arabasında hörmət-izzətlə teatra, yaxud da çəkiliş meydançasına gətirilib, rolunu oynayıb, sonra evinə aparılıb”.

Bunu yaşlı aktyor və aktrisaların təqaüdə çıxdıqdan sonra teatrlardan kənarlaşdırılması ilə bağlı fikirlərini bölüşərkən tanınmış rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Rejissor dünya təcrübəsinə əsaslanaraq misallar çəkib. O, teatrın yaşamasında və var olmasında böyük rolu olan yaradıcı insanların teatrlardan kənarlaşdırılmasına qarşı çıxıb:

“Aktyor, aktrisa, ümumiyyətlə yaradıcı insanlar üçün yaş senzi qoymaq düzgün deyil. Onların təqaüd yaşına çatan kimi teatrlardan uzaqlaşdırılması qəbuledilən deyil. Çünki sənətkar getdikcə daha da püxtələşir. Bunu riyaziyyatçı, həkim, mühəndis və digər texniki sahədə çalışan peşə adamlarına aid etmək olar. Amma yaradıcı iş elədir ki, burada yaş heç bir rol oynamır.

Sizə bir misal çəkim. Moskvada elə aktyorlar olub ki, onları əlil arabasında hörmət-izzətlə teatra, yaxud da çəkiliş meydançasına gətiriblər, əl üstə gəzdiriblər, adam rolunu oynayıb sonra evinə aparıblar. Dünya təcrübəsinə söykənib belə saysız-hesabsız misallar çəkə bilərəm. Aktyor heç vaxt lazımsız, gərəksiz ola bilməz və əşya kimi kənara tullana bilməz. Xüsusən yaşlı sənətkarları qorumaq və hər zaman dəyərləndirmək, onlara daha çox diqqət yetirmək lazımdır.

Onlar üçün xüsusi ssenarilər, pyeslər yazılmalıdır, həmçinin qayğısına qalınmalıdır. Çünki teatr vaxtilə onların çiynində qərar tutub, teatrın yaşamasında onların böyük rolları olub. Digər tərəfdən yaşlı obrazları da kimsə oynamalıdır. Teatrlarda yaşlı sənətkarlar qalmalı və oynamalıdır. Rejissorlar hər zaman onlara xüsusi diqqət göstərməlidirlər”.

Cəvahir

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv