!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Xanımlara və uşaqlara məsləhət deyil” - Reperdən +18 QADAĞASI - FOTOLAR

!Reklam – Yazi

Tanınmış reper Ramil Nabran repdə söyüş və təhqirin əleyhinə olduğunu bildirib.

Yenicag.az-a açıqlama verən reper bu cür replərin xüsusi məkanlarda səsləndirilməsini məqbul sayıb:

“Hər kəsin öz dəsti-xətti var. Amma milli mentaliteti unutmaq lazım deyil. Elə etmək lazımdır ki, yaşlı nəsil, xanımlar və uşaqlar o repi dinləməsinlər. Ad çəkmək istəmirəm, çünki bu qalmaqala aparıb çıxaracaq. Ancaq bu cür replərin müəyyən klublarda səsləndirilməsinin tərəfdarıyam. 18 yaşdan yuxarı oğlanlar və kişilər gedib dinləsinlər. Çünki bu cür replərin dinlənilməsi xanımlara və körpə uşaqlara məsləhət deyil. Şəxsən mən repdə söyüşə yol vermirəm. Dəsti-xəttim belədir. Rep amerikalılardan gəlib. O demək deyil ki, biz də amerikanlar kimi söyüş söyməliyik. Yaxşı deyil. Hansısa reperlə duet edəndə görürəm ki, etik normalardan kənara çıxır. Kənarlaşmışam o layihədən. Demişəm ki, mənlik deyil. Çünki iştirak etdiyim layihədə təhqirdən söhbət gedə bilməz. Bunu bir insanın qulağı eşidirsə, dərd yarıdır. Amma bu repi qadın, qız, ailə də eşidə bilər axı…”

Cəvahir

COP29

www.yenicag.az

3490
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv