Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan 23-dək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşam şimal və qərb rayonlarından başlayaraq 25-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv və güclü olacağı, dolu duşəcəyi gözlənilir.
Qərb küləyi 15-20 m/s, iyulun 21-də gündüz və 22-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
www.yenicag.az