!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəng riskini azaldan MÖCÜZƏVİ MEYVƏ

!Reklam – Yazi

Ramazan ayı girər-girməz bütün mömün insanlar ən çox bu meyvəyə üstünlük verirlər. Hətta onunla orucu belə açmaq qəbul sayılır. Söhbət xurmadan gedir. Görəsən Quranda adı çəkilən xurmanın insana nə kimi faydası var?

Yenicag.az oxuculara xurma haqqında maraqlı məlumatları təqdim edir:

Xurma Quranda adı çəkilən üç meyvədən biridir. Xurma ekzotik meyvə, şirniyyat, desert, isti ölkələr üçün “səhra çörəyi” və təəccüblənsəniz də pəhriz ərzağı kimi istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Çində qidalarının əsas hissəsini xurma təşkil edən uzunömürlülər var. Yabanı xurma 5-7 min il bundan əvvəl ərəblərin əcdadları tərəfindən istifadə olunub. Xurma təsvirlərinə Misir məqbərələrində də rast gəlinir. Ərəb cəngavəri yürüşə getməmişdən əvvəl dözümlülük üçün atına 2 kisə xurma yükləyərdi. Xurma ağaclarının böyük hissəsi Səudiyyə Ərəbistanında yetişir. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri də Səudiyyə Ərəbistanı tutur.

Xurmanın faydası

Qədim zamanlardan xurma müalicəvi xüsusiyyətilə tanınırdı. Belə ki, xurma insana güc, dözümlülük gətirir, kişi patensiyasını artırır. Xurma ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur.
Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.

Xurma pəhrizi

Xurma pəhrizi bu gün çox populyardır. Onun kim tərəfindən düşünüldüyünü demək çətindir. Amma bir şey faktdır ki, xurma həkimlər tərəfindən hamıya məsləhət görülür: diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara. Bu qrup insanlara adi şirniyyatları yemək məsləhət deyil. Pəhriz 10 gün ərzində tutulur. İlk 4 gün ancaq xurma yeyilməlidir. 5-ci gündən etibarən son 10-cu günə qədər qida rasionuna əlavə meyvələr – alma, armud, portağal (şirin olmayanı və sulularını seçin) daxil edilə bilər. Maye olaraq mineral su, səhərlər çay, acı qəhvə və yaşıl çay içilməlidir. 10 gündən sonra normal qidalanmaya qayıtmaq olar, amma həddindən artıq yeməmək şərtilə. 7 gündən sonra isə pəhrizi təkrar saxlamaq olar.
Pəhriz xurma yeməyə heç bir məhdudiyyət qoymur. Amma çox yemək də məsləhət deyil. Xurmanın elə spesifik dadı var ki, pəhrizin ilk vaxtlarında ən sevimli şirniyyatınız olan xurma pəhrizin sonlarına doğru belə olmaya bilər.

Pəhrizin effektivliyi

Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Belə bir sual yarana bilər ki, bu faizdə şirin olan meyvə insanı necə arıqlada bilər. Cavab sadədir: xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyinin yaxşı işləməsi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir: 100 qr. quru xurmada 280 kalori var ki, bu da pəhriz ərzağı üçün çoxdur. Həmçinin 100 qr. xurmada 70 qr. karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və adi pəhrizlərdə olan başağrısının qarşısını alır. Bundan başqa, xurmada heç zülal olmadığından, pəhriz əzələ toxumasının qurumu və əlavə mayedən azad olmaq üçün aşağı effektlidir. Pəhrizin əsas üstünlüyü xurmanın tez həzm olunmasıdır. O, orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir və piyə çevrilmədən tez həzm olunur.

Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.

Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi hesab edilir. Xurmanın tərkibindəki ftor dişləri kariyesdən qoruyur, selen – xərçəng və ürək xəstəliyi riskini azaldır, immun sistemini gücləndirir.

Ona görə də Ramazan bayramından sonra da hər gün xurma yeyilməsi məsləhət görülür.

COP29

www.yenicag.az

4185
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv