!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstəliklə mübarizə aparan Ramiz Əzizbəyli: “Bilirəm ki, mümkün deyil”

!Reklam – Yazi

Uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Əzizbəylinin müalicəsi ev şəraitində davam edir.

Yenicag.az-a açıqlama verən aktyor xəstəliyə sinə gəldiyini deyib:

“Daim həkim nəzarətindəyəm, müalicələrim davam edir. Nitqimdə problemlər aradan qalxıb. Yaxşıyam. Amma çox darıxıram. Dostlarım üçün yox, çünki onlar məni heç darıxmağa da qoymurlar. Kino üçün çox darıxıram. Film çəkmək istəyirəm, amma onu da bilirəm ki, səhhətim əl vermədiyi üçün, bu arzumun gerçəkləşməyi mümkün deyil”.

Aktyor evdə darıxmamaq üçün serialları izlədiyini deyib:

“Yerli serilallara baxıram, maşallah, ”ağız-burnunu” düzəldiblər (gülür). Zəifləri də var, ortababları da. Amma yavaş-yavaş düzələcək. Azərbaycanda serial bazarı yenidir”.

Cəvahir

COP29

www.yenicag.az

2966
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv