Xəyanətdən danışan ÜLVİYYƏ: “Sıxmıram, boş buraxıram...”
“Qarşı tərəfi həmişə boş buraxıram, sıxmıram. Əgər gedəcəksə, getsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli “Xəyanətdən sonra” verilişində deyib.
Aktrisa dost xəyanəti ilə çox qarşılaşsa da, şəxsi münasibətlərdə heç vaxt xəyanətlə üzləşmədiyini bildirib:
“Şəxsi münasibətlərdə xəyanətlə üzləşməmişəm, amma dost xəyanətini çox görmüşəm. İnsanı heç vaxt sıxmıram, həmişə qarşı tərəfi azad buraxıram. Əgər onun içində xəyanət etmək istəyi varsa, onsuz da bunu edəcək. Mən onu sıxmaqla, əslində, xəyanətə doğru yönəldirəm. Özümə güvənim çoxdur, buna görə də qarşı tərəfi sıxmıram. Həmişə boş buraxıram. Əgər gedəcəksə, getsin. Qoy, elə onu indidən bilim, nəinki sonradan”.
Nehru