Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktybarın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxmış və təyin olunan vaxtda geri qayıtmayıblar.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
www.yenicag.az