Xəzərdə üzən ən iri dok

media-hightechnic-468x90

d327ec353b64Hazırda “Zığ” Gəmi Təmiri Zavodunda yeni üzən dokun tamamlama və sınaq işləri aparılır. 

 Azərbaycan Xəzər Gəmiçilik QSC-nin mətbuat xidmətindən verdiyi məlumata görə, Rusiyanın Nijni Novqorod şəhərindəki Gəmi Təmiri-Gəmiqayırma Korporasiyasının mütəxəssisləri 2013-cü ildə Bakıya yedəkdə gətirilmiş 6 blokun yerində birləşdirilməsini uğurla həyata keçiriblər.

Bu müasir gəmiqaldırma vasitəsinin təməli Nijni Novqorodda 2012-ci ilin yanvarında qoyulub. Birinci blok həmin ilin noyabrında suya buraxılıb.

Müstəqillik illərində Azərbaycan dənizçiləri üçün sifariş edilən ilk üzən dokun yükqaldırma qabiliyyəti 8 min ton, uzunluğu 158 metr, eni 36,85 metr, bortunun hündürlüyü 13,35 metrdir. Xəzər hövzəsində ən iri üzən dokun inşası gəmilərimizin sudan qaldırılaraq təmir edilməsində əhəmiyyətli yenilikdir.

Azərbaycan “Xəzər Dəniz Gəmiçiliyi” QSC bu ilin sonunadək iri üzən doku istismara verməyi planlaşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600