Xiaomi şirkəti Mi 10-nun ilk partiyasını rekord müddətə SATDI

media-hightechnic-468x90

Yeni təqdim olunmuş Mi 10 flaqman smartfon seriyasının artıq Çində satışlarına start verilib.

Yenicag.az  xarici mətbuata istinadən xəbər verir ki, Mi 10-nun ilk partiyası satışlara start veriləndən 1 dəqiqə sonra tamamilə satılıb.

Qeyd etmək lazımdır ki, ilk partiyaya 50.000 ədəd smartfon daxil olub. Beləliklə Xiaomi şirkəti 1 dəqiqə ərzində 28.6 milyon dollar gəlir əldə edib. Məlumata əsasən Mi 10-nun ikinci partiyası 18 fevral tarixində satışa çıxacaq. Həmin vaxtda həmçinin Mi 10 Pro modeli də satışda olacaq.

Qeyd edək ki, Mi 10 modelinin qiyməti 573$-dan, Mi 10 Pro modelinin qiyməti isə 716$-dan başlayır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600