Xidməti avtomobillərin sayı artırılıb

media-hightechnic-468x90

Nazirler-Kabineti-mainDövlətdən maliyyələşən bəzi qurumlara ayrılan xidməti avtomobillərin sayı artırıldı

Baş Nazir Artur Rasizadə “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetindən verilən məlumata görə, baş nazirAzərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq qərara alıb:

“Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 8-ci sırasının “cəmi” və “aparat üzrə” sütunlarında “4” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Beləliklə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra qurumlarda xidməti avtomobillərin say limiti 4-dən 7-dək artırılıb.

(lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600