XİN rəhbərləri Xəzər sammitini müzakirə edəcəklər

media-hightechnic-468x90

jhjhgyughgToplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmmədyarov təmsil edəcək

Aprelin 22-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva konfransında bu ilin payızında Həştərxanda keçiriləcək IV Xəzər sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Bu barədə Rusiya XİN-dən açıqlama verilib. Nazirlər konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edəcək.

Rusiya XİN-dən bildirilib ki, nazirlərin görüşündə Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədləri müzakirə olunacaq: “2010-cu ildə Bakıda keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi üzrə ekspertlər səviyyəsində görülən işlər təhlil olunacaq. Bunlar müasir tələblərə cavab verən yeni hüquqi statusun işlənib hazırlanması, təhlükəsizlik sahəsi və ümumi təhdidlərə qarşı mübarizə, ətraf mühitin mühafizəsi, bioehtiyatların qorunması və rasional istifadəsi, fövqəladə hallar barədə xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması məsələləridir”.

XİN-dən onu da əlavə ediblər ki, Rusiya Xəzər dənizi ilə bağlı əldə olunan bütün razılaşmalara tam sadiqdir və Xəzəryanı ölkələrin dialoqunun intensivləşdirilməsinə tərəfdardır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600