Reklam: High Technic
hightechnic

“Xolokost”u xristianlar törədib, əziyyətini isə müsəlmanlar çəkir” – Politoloq

“İsrail işğal etdiyi Fələstin torpaqlarını addım-addım “qanuniləşdirir”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Əlizadənin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla, belə bir rəzaləti öz üzərinə götürməyə hazır olduğunu göstərib:

“Vaxtilə Koen Pauer bildirirdi ki, ABŞ yəhudi-xristian birliyi üzərində bərqərar olacaq. Düzdür, o, sonralar bu mövqeyindən geri çəkildi və bəyan etdi ki, Amerika bütün dinlərə açıq olan ölkədir. Ancaq onun bu sözlərinin artıq heç bir əhəmiyyəti qalmamışdı.

Qərb dünyası “Xolokost”a görə yəhudi xalqı qarşısında böyük günah qazanıb. “Xolokost”u ərəblər yox, xristian Avropası və katolik kilsəsi törədib. İndi onlar müsəlman torpaqlarını işğal edən İsraili irəli verirlər.

İndi belə bir sual yaranır: Qərb dövlətləri İsrailin işğal siyasətini dəstəkləmək üçün nə qədər utanmaz olacaqlar? Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla, belə bir rəzaləti öz üzərinə götürməyə hazır olduğunu göstərdi. Hələ üstəlik bəyan edirlər ki, bu fakt ABŞ-ın Yaxın Şərq üzrə sülh prosesindən çıxması demək deyil.

Ağ evin mövqeyi qadını zorlayan bir şəxsin məhkəmədə həmin əməlin zorlama olmadığını söyləməsinə bənzəyir. İndi İsrailin elitası çox məmnundur. Çünki bilirlər ki, ABŞ öz müttəfiqlərini də onun kimi abırsızlığa vadar edəcək”.

www.yenicag.az

1103