Xorvatiya və İsveçrə də DÇ-2018-də!

media-hightechnic-468x90

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunlar İsveçrə və Xorvatiya yığmalarıdı. Bu ölkələrin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində seviniblər. Doğma meydanda Yunanıstana 4:1 hesabıyla qalib gəlmiş xorvatlar bu gecə səfərdə baş tutan cavab görüşündə qolsuz heç-heçəyə nail olmaqla dünya çempionatına vəsiqəni təmin ediblər. İsveçrə də səfərdə 1:0 hesabıyla yendiyi Şimali İrlandiya ilə doğma meydanda qolsuz bərabərlik sayəsində mundiala “bilet” qazanıb.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05