Xoşqədəm Hidayətqızı danışdı: “Mənim verilişimə göz dikənlər çoxdur”-Fotolar

media-hightechnic-468x90

11156838_918272678215401_1893974882_n5Xoşqədəm Hidayətqızı ATV-dən ayrılmasının səbəbini açıqladı

“Azad Azərbaycan” telekanalı ilə yollarını ayıran tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirir.

Aparıcı ATV rəhbərliyi ilə bağlı maraqlı faktlar açıqlayıb. Bildirib ki, kanalın prezidenti Vüqar Qaradağlı dəfələrlə bu layihəni bağlamaq istəyib: “Vüqar Qaradağlı “Səni axtarıram” verilişini dəfələrlə bağlamaq istəyib. Lakin hər dəfə mənim təşəbbüsümlə verilişin bağlanmasına əngəl olmuşuq”.

Onun sözlərinə görə, V.Qaradağlı 2014-cü ilin axırlarından etibarən verilişin yayımını dayandırmağı tələb edib: “Məni bir neçə dəfə çağırıb dedi ki, verilişin yayımını saxlayaq. Mən dedim ki, indi bağlasaq tamaşaçıların narazılığına səbəb olar. Ona görə sezonun axırına saxlamağı təklif etdik. Razılaşdıq. Amma bu ayın əvvəlində yenə məni çağırdı, dedi ki, yayımı saxlayıram. O bildirdi ki, göstəriş gəlib ki, axtarış verilişi olmasın. Mən də müəlliflik hüququm olan verilişlə başqa kanaldan gələn təklifləri dəyərləndirmək istədim. Ona görə Qaradağlıdan arayış istədim. Çünki yayım hüququ verdiyi üçün şəhadətnamədə ATV-nin də müəlliflik hüququ var. Vüqar Qaradağlı arayış verməkdən imtina etdi”.

X. Hidayətqızının sözlərinə görə müəlliflik hüququnun alınması ilə bağlı prosedurlar başlayıb.

***

Xoşqədəm Hidayətqızı ANS-də işə başlaması ilə bağlı məsələyə də aydınlıq gətirib. O, müəllifi olduğu “Səni axtarıram” verilişinin yayımlanacağını, onun özü harada olarsa, verilişinin də orada olacağını deyib. “Mən verilişin necə yayımlanacağını, harada olacağını deməyəcəyəm. Çünki istəmirəm, bu məsələlərdə başqalarının da adı hallansın. Verilişin yayımı üçün bir neçə kanaldan təklif almışıq. Onu deyə bilərəm ki, veriliş yayımlanacaq. Çünki bu verilişə bu vaxta kimi 65 min 800 məktub gəlib. Elektron poçtumuza 60 min 500 mail gəlib. Bu veriliş bağlana bilərmi?”

X.Hidayətqızı haqqında yazılanların bəzilərini iftira adlandırıb. O, komandasının ondan imtina etmədiyini, verilişini digər kanala öz komandası ilə birgə aparacağını qeyd edib. Xanım aparıcı verilişinin bağlanması ilə bağlı suallara belə cavab verib: “Bu qədər yüksək gəlir gətirən bir verilişin bağlanılmasını niyə istəyirlər, bilmirəm. O verilişdəki 50% gəlir mənim idi. Amma mən heç vaxt o gəliri tələb etməmişəm. Mənim verilişimə göz dikənlər çoxdur. Çünki bu verilişə hər kəs yiyələnmək istəyər”.

X.Hidayətqızı ATV-dən ayrıldığından təəssüf etdiyini deyib. “Mənim rəhbərliklə narazılığımız müəlliflik hüququna görədir. Bu narazılıq aradan qalxandan sonra mən ATV-yə yenə qayıda bilərəm. Amma hazırda aramızda dava halallıqla bağlıdır. Mən inanıram ki, o, verilişin mənim haqqım olduğunu başa düşəcək və bu məsələ tezliklə qapanacaq”.

Məlumat üçün bildirək ki, mətbuat konfransında televiziyalardan yalnız ANS iştirak edir. Xoşqədəm Hidayətqızı konfransa gələn ATV kanalının əməkdaşlarına sonra müsahibə verəcəyini deyib: “Kimsə bunu ATV ilə Xoşqədəmin arasındakı problem kimi görməsin. Kanal mənim üçün doğmadır”(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600