Xoşqədəm jurnalistləri qovdu

media-hightechnic-468x90

14075_40gxw1uvw7Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb.

media-banner_tuq

O, adıçəkilən kanalın əməkdaşlarından mətbuat konfransından getməyi xahiş edib.

Xoşqədəm Hidayətqızı “Azad Azərbaycan”dan gələn jurnalist Vüqar Vüqarlı ilə görüşüb: “Vüqar, sən mənim dostumsan. Amma sizi bura kim çağırdı? Mən bu ATV-nin burda olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm. “Kimsə bunu ATV ilə Xoşqədəmin arasındakı problem kimi görməsin. Kanal mənim üçün doğmadır”.

Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib: “Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?”.

Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk edib.

Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ə keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05