Xoşqədəm: “Onların ahını üstünə götürməkdən qorxmur?”
Teleaparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin ANS-də yayımlanacağını təsdiq edib.
Teleaparıcı bu haqda sosial şəbəkədə yazıb:
“Artıq “Səni axtarıram” ANS-də yayımlanacaq. Onsuz da hər bazar hər kəs bizə baxırdı. “Səni axtarıram”ın hansı kanalda olmasının fərqi yoxdur. Əsas odur ki, biz efirdəyik və “Səni axtarıram” neçə-neçə azərbaycanlını sevindirəcək”.
Qeyd edək ki, bu gün ATV-dən ayrılması ilə bağlı mətbuat konfransı keçirən teleaparıcı verilişin bundan sonra ANS-də yayımlanacağı ilə bağlı dəqiq məlumat verməmişdi.
***
Daha sonra aparıcı statusunda ATV-nin prezidentini kəskin tənqid edib:
““ATV”də çox şeylər baş verib. Məni onlar maraqlandırmır və hələ ki, onlarla bağlı açıqlama vermirəm, susuram. Çünki məni “Səni axtarıram” maraqlandırır. Halal haqqımı tam şəkildə almaq istəyirəm.
“Quran”ı tərcümə etdiyini deyib, hər yerdə halallıqdan car çəkən adam (red. Vüqar Qaradağlı) yəqin ki, halallığın nə olduğunu məndən gözəl bilir. Axı o ““Quran”ı tərcümə etmişəm” deyir. Bu layihəni 5 ilə əvvəl dişimlə, dırnağımla yaratdım. Doğma qəzetimdən üz döndərdim. Bu layihəyə gözünü dikən on minlərlə çarəsiz insan var. Onların ahını üstünə götürməkdən qorxmur?(qafqazinfo).