Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xuraman: "Yazırlar, niyə acından ölürsən, onda kasıb neyləsin?”

“Oturub restoranda yemək yemək olur, amma toy etmək qadağandır, bu, necə olur, anlaya bilmirəm”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Xuraman Şuşalı toyların keçirilməsinə qoyulan qadağanın uzanmasına münasibət bildirərkən deyib.

Sənətçi toyların keçirilməməsinin nəsil artımına da mənfi təsir etdiyini bildirib:

“Elə bilirlər ki, müğənni tək özünü düşünür. Belə deyil, restoranda qabyuyandan tutmuş qapıçıya qədər hər kəs evinə çörək aparır. Amma indi onların hamısı işsizdir.
Əslində ağlamıram, çünki ruzini verən Allahdır. Amma dolanışığı toydan çıxan müğənni deyəndə ki, yaşamaq çətindir, o dəqiqə başlayırlar ona təzyiq göstərməyə. Aqressiv yanaşırlar ki, sən niyə acından ölürsən, onda kasıb insanlar neyləsin? Ara məsafəni gözləməklə toyların keçirilməsinə icazə verilsin. Necə ki, avtobuslar işləyir, restoranların fəaliyyəti bərpa olunub. Necə olur oturub restoranda yemək yeyilir, amma toy etmək qadağadır. Gənclərin, valideynlərin arzuları var. Toy etmək, ailə qurmaq lazımdır. Övlad dünyaya gəlməlidir ki, oğullar böyüsün, vətənin keşiyində dayansın, qızlar ana olmalıdır, nəsil artsın.

Sözsüz ki, qanunlara tabeyik, amma müəyyən qədər şərtlər yumşaldılsa, yaxşı olar. 300 nəfərlik zalda 100 nəfərlik, 100 nəfərlik zalda 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə vermək olar”.

Cəvahir

Loading...

www.yenicag.az

842