Yağıntılı hava şəraiti davam edəcək

media-hightechnic-468x90

Buludlu_az_yagintili_hava_070712Azərbaycanda müşahidə edilən küləkli və yağıntılı hava nəticəsində ötən gün bəzi dağlıq ərazilərdə sulu qar və qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, qar, əsasən, Qubanın dağlıq ərazilərinə düşüb. Onun sözlərinə görə, Qurbanın dağlıq ərazilərində qarın hündürlüyü 20-25 sm təşkil edib.

G.Məmmədov bildirib ki, müşahidə edilən havanın temperaturu iqlim norması daxilindədir. Əvvəlki illərin də aprel ayında dağlıq və dağətəyi ərazilərdə qar müşahidə olunduğundan belə hava normal hesab olunur.

Ümumilikdə, Azərbaycanda müşahidə edilən küləkli və yağıntılı hava şəraiti aprelin 25-i gündüzədək davam edəcək.

Ondan sonra ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600