Yağışlı hava nə zamanadək davam edəcək?

media-hightechnic-468x90

Bu gün Bakı və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi, yağmurlu hava şəraiti müşahidə olunur. Axşama saatlarında da yağışın intensivliyi davam edəcək, gecəyə doğru tədricən kəsiləcək.

Bunu Yenicag.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O, sabah müşahidə ediləcək hava şəraiti haqqında da məlumat verib:

“Sabah mayın 5-də gün ərzində yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gündüz saatlarında qısa müddətli az yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 13-16 dərəcə isti olacaq.

Bölgələrdə və əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gündüz saatlarında 15-19, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti olacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600