Yağışlı hava şəraiti nə qədər davam edəcək?

media-hightechnic-468x90

“Yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağını gözləsək də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq”.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, temperatur hətta Abşeronda belə fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək.

U.Tağıyevanın sözlərinə görə, ikinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

media-ziraat-728x90

Yağışlı hava şəraiti nə qədər davam edəcək?

media-hightechnic-468x90

fegrtryYaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu keçəcəyi, hərdən tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində sabah bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600