Yalnız 32 nüsxə buraxılacaq

media-hightechnic-468x90

312347 (1)İtaliyalılar Ferrari FXX K superkarını internet vasitəsilə təqdim etmişdilər. Dünən 2014 Finali Mondiali tədbirində iştirak etmək nəsibi olanlar isə onu artıq “canlı” görə biliblər. Sizə həmin tədbirdən çəkilmiş şəkilləri və avtomobilin qiyməti haqqında məlumatı çatdırırıq.

İnternetdə təqdim edilərkən bu məlumat verilməmişdi, indi isə məlum olub ki, Ferrari FXX K trek variantı 2,2 milyon dollara (vergilər nəzərə alınmadan) başa gələcək. Həm də bu avtomobildən cəmi 32 nüsxə buraxılacaq. İtaliya şirkəti fanatları üçün növbəti xəbər isə heç də ürəkaçan deyil: Ferrari FXX K superkarının bütün nüsxələri artıq satılıb.

Əlavə edək ki, Ferrari FXX K superkarı LaFerrari bazasındadır, lakin ondan fərqli olaraq trek üçün nəzərdə tutulub. Onun güc sistemi 1050 a.g. və 900 Nm fırlanma anı hasil edir.

(milli.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600