Yanan ticarət mərkəzi ilə bağlı yeni təffərrüatlar

media-hightechnic-468x90

2bd680034dfee3b396f0bffe07c74b33Tatarıstan prokurorluğu yanğın baş vermiş “Admiral” ticarət mərkəzini icarəyə götürən şirkətin həbsdə olan rəhbərinin müavini Gülhüseyn Nəcəfovun da məsuliyyətə cəlb olunmasını tələb edir.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Tatarıstan prokurorluğunun məlumatında bildirilir. Qeyd edək ki, Gülhüseyn Nəcəfov “Admiral” ticarət mərkəzinin icarəçisi Hüseyn Qəhrəmanovun atasıdır və subicarə (ikinci əldən icarəyə vermə) məsələləri üzrə müavinidir.

Prokurorluq iddia edir ki, “Admiral” ticarət mərkəzindəki obyektlərin icarəyə götürülməsi ilə bağlı müqavilələri məhz Hüseyn Qəhrəmanovun atası Gülhüseyn Nəcəfov bağlayıb. Sonradan ticarət sahələri digər sahibkarlara subicarəyə verilib. Nəticədə yanğın təhlükəsizliyi qaydaları pozulub, bina qanunsuz ticarət kompleksi qismində istifadə olunub.

Qeyd edək ki, hazırda iş üzrə məsuliyyətə 11 nəfər cəlb olunub.

Xatırladaq ki, martın 11-də “Admiral” ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində 17 ölüb, azı 70 nəfər xəsarət alıb, iki nəfər itkin düşmüş hesab olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600