Yaponiyada ölümcül xəstəlik epidemiyası baş qaldırıb

media-hightechnic-468x90

Yaponiyada ölümlə nəticələnə bilən təhlükəli hemolitik streptokoklara yoluxma hallarında artım qeydə alınıb.

media-banner_tuq

“Yaponiyada rekord sayda hemolitik streptokok infeksiyası qeydə alınır ki, bu da ağır hallarda qol və ayaqlarda toxumaların məhvinə, həmçinin ölümə səbəb ola bilər”, – deyə məlumatda bildirilib.

Əlavə edilib ki, 2024-cü ilin əvvəlindən mayın 5-dək 801 xəstəliyə yoluxma qeydə alınıb ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur.
“2023-cü ildə kəskin hemolitik streptokok infeksiyası hallarının ümumi sayı 941-ə çatıb ki, bu da bütün müşahidə dövrü üçün rekord göstəricidir. Mütəxəssislər bu artımın əsas səbəbinin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən antiepidemik tədbirlərin zəifləməsindən sonra eyni bakteriyaların törətdiyi faringit hallarının artmasında görürlər. Qrup A hemolitik streptokok, bir qayda olaraq, bu infeksiyanın inkişafına səbəb olur”, – deyə məlumatda vurğulanır.

Mənbə: ura.news

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05