!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yardım üçün müraciət edənlərin sayı bəlkə 300-500 min nəfərə çatdı, onda necə olacaq?” – İqtisadçıdan ÇƏTİN SUAL

!Reklam – Yazi

“İş adamlarının daha əlçatan və problemi daha asan həll edə biləcək tətbiqlərə ehtiyacı var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hökumətin karantin dövründə əhali üçün nəzərdə tutduğu sosial dəstək planının icra mexanizmini dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, işsiz vətəndaşlara müavinətlərin verilməsi mexanizmi son dərəcə mürəkkəbdir:

“Bir yerdən qeydiyyatdan keçirsən, bir yerdə qeydiyyatın təsdiqlənir, başqa bir yerdə vergilərin hesablanır, 2019-cu ildə gələn vergi borcun, sosial müdafiə borcun olmaya…

Elə şərtlər qoyulub ki, bunların başa çatması üçün kifayət qədər problemlər yaşanacaq. Texniki problemlər də çox olacaq. Fəlsəfi olaraq, yanaşma olaraq problemlər öncədən də bəlli idi.

Kreditlərlə bağlı qərar verilib. Əslində, yaxşı qərardır. Biznes kreditlərinin faiz dərəcəsinin yarısı hökumət tərəfindən ödəniləcək. Ancaq burada da boşluqlar mövcuddur. Karantin dönəmində işləməsi rəsmən qadağan olan sahələr var.

Həmin sahələrdə olan iş adamları özləri də biznes kreditlər götürüblər. Onların obyektləri bağlıdır. Nə dövriyyə var, nə də gəlir. Onlar 15 faizlə kredit götürüblər. Onun 7,5 faizini dövlət, qalan 7,5 faizini isə yenə iş adamı ödəməlidir.

Məntiqlə o faizi necə verəcək? Obyekti işləmir, qazancı yoxdur… Belə olan halda iş adamı nə etməlidir? Onsuz da iş adamının ödəmək imkanı yoxdur. Bu da gələcəkdə problemli kreditlərin həcmini artıracaq.

İş adamlarının daha əlçatan və problemi daha asan həll edə biləcək tətbiqlərə ehtiyacı var. Türkiyədə bununla bağlı daha asan və maraqlı addımlar atdılar. Məsələn, kiçik və orta sahibkarlara maaşların ödənilməsi ilə bağlı 6 ay faizsiz kredit verdilər.

Bizdə isə mexanizmlərin özü qəlizdir. Bu cür qəliz mexanimzlər həddindən artıq problem yaradacaq. Buna vətəndaş da, iş adamları da, dövlətin infrastrukturu da hazır deyil. İşsizlərin qeydiyyatı ilə bağlı sayt açılsa da, qısa müddətdə çökdü”.

Ölkədə işsizlərin sayındakı ziddiyyətli rəqəmlərə gəldikdə isə Natiq Cəfərli bunları deyib:

“Martın 1-də açıqlanan rəsmi məlumata görə, Azərbaycanda 90 min işsiz var idi. Hökumətin yardım planı 200 min nəfər üçün nəzərdə tutulub. Ortaya sual çıxır ki, 200 min rəqəmini necə alıblar?.

Müraciət edənlərin sayı bəlkə 300-500 min nəfərə çatdı, onda necə olacaq? Burada 2 aylıq ödəniş nəzərdə tutulub. 2 aydan sonra işsizlərin axırı nə olacaq? Açıq qalan suallar həddindən artıq çoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv