“Yareqaneft” şaxtasında 200 metr dərinlikdə neft yanır

media-hightechnic-468x90

Rusiyanın Komi Respublikasında “Lukoil-Komi” MMC-nin istehsalat bölməsinin “Yareqaneft” şaxtasında 200 metr dərinlikdə neft yanır.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi Respublikası üzrə Baş İdarəsinin mətbuat xidmətindən yanğının nəticələrinin aradan qaldırılması üçün işlərin davam etdirildiyini, ekzogen yanğın olduğundan prosesin yerin altında baş verdiyini bildiriblər.

Vurğulanıb ki, yanğın səbəbindən şaxtada işlər tamamilə dayandırılıb, “Yareqaneft”in digər iki şaxtasında iş normal qrafiklə gedir, onlar üçün heç bir təhlükə yoxdur.

“Yanğın lokallaşdırılıb, lakin söndürülməyib. Yanğın söndürüldükdən sonra səlahiyyət “Rostexnadzor”a təhvil veriləcək və yanğının səbəbləri barədə danışmaq mümkün olacaq”, – mətbuat xidmətindən qeyd ediblər.

Qeyd olunur ki, yanğının söndürülməsi zamanı xilasedicilər şaxtaçı xilas ediblər, onun ağır yanıq və xəsarətlər almadığı bildirilir. Həkimlər ona şok keçirmə və dəm qazından zəhərlənmə diaqnozu qoyublar.

FHN-dən daha iki nəfərin axtarışlarının davam etdiyini də əlavə ediblər. Şaxtadakı yanğının nəticələri aradan qaldırıldıqdan sonra axtarış əməliyyatı aktiv fazaya keçəcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600