Yarım milyon borcu olan iş adamı beynəlxalq axtarışa verib

media-hightechnic-468x90

2806f24146fba6a28e5024b6694f6f60Azərbaycanda külli miqdarda vergi ödəməkdən yayınan iş adamı beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1968-ci il təvəllüdlü Kazımov Azər Əkbər oğlu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

A.Kazımov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

A. Kazımov “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Onun vergi borcu 500 min manata yaxın olub və vəsaiti ödəyə bilmədiyi üçün ölkədən qaçıb(APA).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600