Yuxu kəliməsi digər sevgi kəlimlərindən sizə daha doğma gəlirsə və dünyadakı heç bir şey yuxunu sizin üçün əvəz etmirsə, o zaman aşağıdakı cümlələr sizə yad deyil.
- 15 dəqiqə daha çox yatmaq üçün, gecədən duş qəbul edirsiniz.
- Paltarlarınızı belə gecədən hazırlayarsınız.
- Hətta gecədən səhər yeməyini hazırlayan da az deyil.
- “Səhər yeməyini yemək yerinə, daha çox yataram” deyənlər də kifayət qədərdir.
- Gecədən qurulmuş zəng səsinə dik oyanadan sonra, saatı qıranlar da olur.
- Zəngli saat nasaz olduqda daha qəliz vəziyyət yaranır.
- Əksər hallarda işə yaxud dərsə gecikirsiniz.
- Oyandıqdan sonra saat 9-a kimi yuxunun təsirində olursunuz.
- Səhər-səhər insanları heç dinləmək istəmirsiniz.
- Yuxulu vəziyyət hətta nəqliyyatda da davam edər.
- Ən yaxşı bildiyiniz mövzu haqqında danışılsa belə, siz ilk dəfə eşidirsiniz kimi reaksiya verərsiniz.
- Söhbət əsnasında heç aidiyyatı olmayan mövzulardan bəhs edirsiniz.
- Günortaya qədər yuxunun təsirindən çıxa bilmirsiniz.
- Ətrafınızdakılar “sizə nəyə görə bu qədər hirslisən?” deyə suallar yağdırirlar.
- Buna cavabınız “Yatmaq istəyirəm” olacaq.
- Gün ərzində ancaq yatmaq haqqında fikirləşirsiniz.
- Gün boyu yatmaq üçün daim həftə sonunu gözləyirsiniz.
- Bir məqamı unutmayın. Hər kəs şirin yuxuda olarkən, siz ən dəyərli vaxtınızı yaşayırsınız.