!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərq savaşında ortaya çıxan SUALLAR: “Böyük güclər coğrafiyaları bölüşdürür”

!Reklam – Yazi

Gözlənildiyi kimi, İsrail Livanda “Hizbullah”a qarşı quru əməliyyatlarına start verdi. İsrail məhdud miqyasda və qısa müddətdə əməliyyatlar keçirəcəyini bəyan etsə də, ancaq proseslərin necə davam edəcəyi qeyri-müəyyəndir. “Hizbullah”la birbaşa döyüşlərin başlaması fonunda İranın necə davranacağı da suallar yaradır.

İsrailin quru əməliyyatlarına başlaması və Yaxın Şərqdə baş verənləri Yenicag.az-a hərbi ekspert Şair Ramaldanov şərh edib.

Hərbi ekspert bildirib ki, İsrailin quru əməliyyatlarını birbaşa ABŞ dəstəkləyir.

“İsrail-HƏMAS toqquşması başlayanda ABŞ-ın hərbi gəmiləri İsraili dəstəkləmək üçün bölgəyə gəldi. Yaxın Şərqdə İsrail-HƏMAS toqquşması, əslində, bir bəhanə idi. Məqsəd Yaxın Şərqdə daha böyük proseslərin başlaması idi. İsrail də bildirirdi ki, Qəzza zolağında bir həftəlik əməliyyat keçiricək. Ancaq bu, belə olmadı. Qəzza zolağı darmadağın oldu. İnsanlar didərgin düşdü. 40 mindən çox insan öldü. HƏMAS-ın məhv edilməsi isə sual altında qaldı. Nəticədə İsrail öz ərazisini genişləndirdi. Qəzza zolağını işğal etdi. İndi də heç kim deyə bilmir ki, gələcəkdə Qəzza zolağı hansı formada idarə olunacaq”, – deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, Yaxın Şərqdə olan ölkələr İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatlara səbr nümayişi etdirib.

“Xüsusilə də İran. Çünki hədəf ondan ibarət idi ki, İranı müharibəyə qoşsunlar, İranı bombalasınlar. Ancaq İran səbrli davrandı.

İsrail öz ərazisini genişləndirmək məqsədi ilə Livanda quru əməliyyatlarına başlayıb. İsrail “Hizbullah” liderini məhv etmək üçün 4-dən çox binanı məhv etdi. Nədəndirsə, bütün bu fonda informasiya sahəsində diqqəti “Hizbullah” liderinin ölmünüə yönəltdilər. Ortada olan dinc əhali haqqında heç kim düşünmür.

Qəzzada cəzasız qalan İsrailə Livanda etdiklərinə görə də heç bir cəza verilməyəcək. Çünki ABŞ İsraili dəstəkləyir. Böyük güclər coğrafiyaları bölüşdürür, təsir dairələrini genişləndirirlər”, – deyə o qeyd edib.

İranın atdığı addımlara gəldidkə isə Şair Ramaldanov deyib ki, İran siyasi istiqamətini müəyyənləşdirib:

“İranın hazırkı siyasəti Qərb və ABŞ ilə münasibətləri istilənməsinə yönəlib. İran bundan sonra proksi qüvvələri əvvəlki kimi dəstəkləməyəcək. Birincisi, bu maliyyə cəhətdəndir. Çünki bu məsələ çox xərc tələb edir.

İkincisi isə, İran İsrailə zərbələr endirəndə gördü ki, onun əlindəki vasitələr İsrailə zərər vura bilmədi. Ancaq İsrail raketləri İran hava məkanını asanlıqla keçdi. Belə olduğu halda, İran İsraillə müharibəyə girməyəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv