!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə GƏRGİNLİK: ABŞ Türkiyəyə nəyi təklif edib? – “İran blef edir”

!Reklam – Yazi

“İran-İsrail müharibəsi Yaxın Şərq və bizim regionumuza ağır nəticələr verə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İran-İsrail arasındakı gərginlik, ABŞ-nin Türkiyədən İranı hücum etməmək üçün razı salmaq cəhdləri və gözlənənləri şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, ABŞ Türkiyəyə ağız açmaqdansa, İsraili başa salmalıdır.

“İran, az qala, hər gün İsrailə hücum edəcəyini bəyan edir. Ancaq bu hücumun şahidi olmuruq. İranın blef etdiyinin qənaətindəyəm. Xüsusilə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian müharibənin əleyhinədir”, – deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, müharibənin baş verməsi ehtimalı kifayət qədər zəifdir.
“ABŞ də çalışır müharibə baş verməsin. Zənnimcə, İran həm müharibədən, həm də teokratik rejimin məhv olmasından qorxur. Burda İsrailin addımlarından da çox şey asılıdır. İsrail əgər İrana yönəlik hansısa addım atmazsa, gərginlik azalan xətt üzrə inkişaf edəcək. Əgər İsrail yenidən İrana qarşı hansısa bir addım atsa, Pezeşkian nə qədər müharibə əleyhinə də olsa, SEPAH bu müharibənin başlaması üçün hərəkət edəcək. Bu müharibə nəinki Yaxın Şərqə, bizim regionumuza da mənada mənada təsir edəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv