!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə güc BALANSI: “Meydanda iki böyük düşmən var”

!Reklam – Yazi

“Yaxın Şərqdə baş verən prosesləri izləyən hər kəs çox gözəl bilir ki, bu meydanda qarşı-qarşıya duran 2 ən böyük düşmən var ki, bunun bir cəbhəsində İran, digər cəbhəsində isə İsrail dayanıb. Aşağı-yuxarı 45 ildir ki, bu dövlətlər bir-birilərinə düşmən gözü ilə baxırlar və bir-birilərini yer üzündən silinməsi ilə bağlı çoxsaylı bəyanatlar səsləndirilib. Xüsusən də İran tərəfindən bu kimi bəyanatların şahidi olmuşuq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Siyasi təhlilçi İsrail mediasının “Hizbullah”dan sonra hədəfin İraqdakı “Həşdi Şabi” olacağı ilə bağlı yaydığı informasiyaları şərh edib.

Mütəxəssisin sözlərinə görə, hər halda, bu dövlətlərin bir-birilərinə düşmən olduğu aşkardadır və bunu kimsə inkar edə bilməz:

“Zaman-zaman İsrail İran daxilində müəyyən əməliyyatlar keçirməklə SEPAH-ın yüksək rütbəli komandirlərini, nüvə alimlərini qətlə yetirib. Hətta HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə sabiq İran prezidenti İbrahim Rəisinin həlak olması məsələsi də İsrailin adı ilə hallanır. Yəni İsrail İran daxilində müəyyən əməliyyatlar keçirməklə bu ölkəni sarsıtmağa, eləcə də içindən parçalamağa cəhdlər edir”.

Onun sözlərinə görə, bununla yanaşı, İran da İsrailə qarşı müəyyən əməliyyatlar həyata keçirib:

“Bu əməliyyatlar birbaşa formada olmasa da, Tehrana bağlı silahlı qüvvələr, o cümlədən “Hizbullah”, husilər və “Həşdi Şabi” tərəfindən həyata keçirilib. Görünən odur ki, burada əsas güc balansı İsrailin xeyrinə işləyir. Çünki İsrail dövləti bu gün beynəlxalq güclər tərəfindən böyük bir dəstək alan ölkədir. İranın isə belə bir dəstək almaq imkanları yoxdur. Əgər İsrail mediası İsrail ordusunun Livanda “Hizbullah”ın axırına çıxandan sonra İraqdakı “Həşdi Şabi” ilə hesablaşacağını yazırsa, burada da səbəbləri axtarmaq lazımdır”.

“Səbəblərdən biri odur ki, “Həşdi Şabi” qruplaşmasının bəzi üzvləri İsrailə qarşı müəyyən əməliyyatların iştirakçısıdır. Ən azından, Qüds komandanlığının yaydığı fotolardan da bunun şahidi oluruq. Belə ki, həmin fotolarda həm Qüds, həm “Hizbullah”, həm də “Husilər”in birgə şəkilləri yayılıb. Bu isə İsrail dövlətinə qarşı elan olunan informasiya müharibəsinin tərkib hissəsidir, eyni zamanda da İsrailə qarşı döyüşəcək qüvvələrin hansı təşkilatlara bağlı olduğunu göstərəcək faktlardır. Bu baxımdan, İsrail düşmənlərini məhv etmək üçün Livandakı əməliyyatlardan sonra “Həşdi Şabi”yə qarşı da əməliyyatlar keçirə bilər”, – deyə o, əlavə edib.

“İsrailin sözügedən əməliyyatları ABŞ-dəki prezident seçkilərinə qədər yekunlaşdıra bilməsi ehtimalına gəldikdə isə düşünürəm ki, Netanyahu hakimiyyəti qısa müddətdə həmin qruplaşmaların sonuna çıxa bilməyəcək. Çünki bu təşkilatların arxasında İranın dayanıb. Doğrudur, İran bu gün təcrid olunub, dünyadan təklənib, İsrail qədər tərəfdarları yoxdur, amma İranın proksisi olan həmin təşkilatlar heç də bildiyimiz kimi zəif deyillər. Çünki Tehran hər vəchlə çalışacaq ki, İsraili öz daxilinə buraxmasın. Ona görə də İraq, Livan, Fələstin və Yəməndə İsrailə qarşı savaşlar açacaq və bu istiqamətdə Təl-Əvivin qarşısını almağa çalışacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv