Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yay aylarını Bakıda keçirəcək uşaqlar və onların valideynlərinin nəzərinə

RK Academy yay aylarını Bakıda keçirəcək uşaqlar üçün YAY MƏKTƏBİ proqramını təqdim edir.

Gərgin dərs ilindən sonra şagirdlərin yeni biliklər əldə etməsi üçün ən yaxşı vasitə onlarda öyrənməyə rəğbət və həvəs hissinin formalaşmasına nail olmaqdır. Bunun üçün yerli və əcnəbi peşəkar təlimçilərimiz tərəfindən təklif olunan qeyri-formal tədris metodları sayəsində övladlarınızın yorulmadan, əylənərək yeni biliklərə yiyələnəcəklərindən əminik. Proqram çərçivəsində övladlarınız RK Academy – nin fərqli tədris metodikasını təcrübədən keçirəcək, ünsiyyət və təqdimat bacarıqlarını, ümumi dünyagörüşü, məntiqi təfəkkürü inkişaf etdirəcək, yeni dostlar qazanacaq, eyni zamanda özlərini və qabiliyətlərini bir daha kəşf edəcəklər.

Yay Məktəbi həm akademik, həm də yaradıcı hissədən ibarət olacaq. Dərslər həftədə 5 gün, saat 09:00 – dan 13:00 – a qədər keçiriləcək.

Ünvan: 507-511 İsmayıl bəy Qutqaşınlı küçəsi, Altes Plaza 2-ci mərtəbə.

Əlaqə telefonu: 051 900 09 61

Yay Məktəbinin proqramına daxildir:

Xarici dillər:

İngilis dili – danışıq klubu, rollu oyunlar, debatlar
İspan dili – ilk addımlar, çevik öyrənmə

Təlimlər:

Təqdimat bacarığı
Araşdırma metodları
“Balaca təlimçilər”
TV və Media
PR və Reklam
Semiotika

Master – Klaslar:

Denimart
Embroidery
Rəsm
Fetr parçalar ilə iş
Geyim üzərində rəsm
Maşın aplikasiyalarının hazırlanması
Şüşə üzərində nəqqaşlıq
Geyim dizaynı

Dünyagörüşü:

Müxtəlif ölkələrin tarixi və mədəniyyəti
İncəsənət tarixi
Etnoqrafiya

www.yenicag.az

5535
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100