Yəməndə rəsmi şəxslər öldürülüb

media-hightechnic-468x90

setrrytt_3858687Yəməndə Ədən şəhərinin meri Jaafar Mohammed Saad onu aparan maşın karvanına edilmiş hücum zamanı həyatını itirib, təhlükəsizlik mənbələri deyir.
İslam Dövləti qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az BBC-yə istinadən bildirir ki, Yəməndə huti qiyamçıları demək olar ki bütün ölkəni, o cümlədən paytaxt Sana şəhərini zəbt ediblər.

Ədən şəhəri isə ilin əvvəlində hökümət qüvvələri tərəfindən geri alınıb.
Hadisə ötən gün BMT-nin xüsusi nümayəndəsinin prezident Abdrabbuh Mansour Hadi ilə Ədəndə görüşündən sonra baş verir.
BMT nümayəndəsi ölkədə 8 aydır davam edən vətəndaş müharibəsi tərəfləri ilə danışıqlar aparmaq üçün gəlib.

Şənbə günü həm də antiterror məhkəməsinin hakimi, onun iki oğlu və hərbi kəşfiyyat rəsmisi başqa hücumlar zamanı öldürülüb.
Cənab Hadi Ədəni İranın dəstəklədiyi huti qiyamçılarından geri aldıqdan sonra müvəqqəti paytaxt elan edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600