!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Yenicag.az-ın uğur düsturu: istedad və səmimiyyətin vəhdətidir" - Məşhurlar bizi təbrik edir  

!Reklam – Yazi

Bu gün Yenicag.az saytının 10 illik yubileyidir. Təbrik təbrik ardınca gəlir.

Xalq artisti, tanınmış sənətçi Gülyanaq Məmmədova:

Yenicag.az mənim daim izlədiyim saytlardan biri, mən deyərdim ki, birincisidir. Bilirəm ki, bu saytda maraqlı, fərqli yazılar oxuyacam. Fərqliliyiniz yazılarınızın daim fakta əsaslanmasıdır. Sənət adamları haqqında elə faktlar yazırsınız ki, deməyə sözümüz qalmır. Bəzən nədənsə inciyə də bilərik, amma görəndə ki, fakta əsaslanıb, sadəcə, susmaq məcburiyyətində qalırıq. Komandanıza uğurlar diləyirəm”.

Kəmalə Rəhimli – Əməkdar artist, müğənni :

“Yenicag.az obyektivliyi, maraqli yazıları ilə sevdiyim və izlədiyim saytdır. Hər gün baxıram, yazılarınızı oxuyuram. Uğurlariniz bol osun, hər zaman belə seçilən olun”.

Xalidə Quliyeva, Əməkdar artist, aktrisa :

“Mən bu saytı ona görə sevirəm ki, hər zaman yazılarında faktlara əsaslanıb və heç zaman faktdan kənara çıxmayıb. Sayt adına uyğun olaraq, yeni çağla hər zaman ayaqlaşır – bunu xüsusilə vurğulamaq istəyirəm. Hadisələrə münasibətinizlə hər zaman seçilirsiz. Bu saytda heç vaxt reytinq xatirinə yalançı, səs-küylü yazılara rast gəlməmişəm. Mən hər zaman saytınızı izləyirəm və bilirəm ki, maraqlı yazıları burda tapıb oxuyacam. Sizə uğurlar arzulayıram, o gün olsun 20, 30 illiyinizi qeyd edəsiniz”.

Vahid Əziz, şair:

“Fərqli, maraqlı, güvəniləsi bir saytdır, yubileyiniz mübarək”.

Murad Arif – “Lider TV”-nin aparıcısı:

“Mən bütün kollektivinizi ürəkdən təbrik edirəm. Qoy hər ikinci xəbəriniz oxunaqlı, hər iş gününüz reytinqli, hər həftəniz yaddaqalan olsun. Qələminiz ötkəm, maaşlarınız yüksək, oxucu rəyləriniz isə müsbət olsun”.

Həmidə Ömərova – Xalq artisti, aktrisa:

Yenicag.az saytında çıxan müsahibəmə görə məni o qədər adam qınadı ki… Çünki ilk dəfə idi ki, mən anamın başına gətirilən müsibətləri məhz bu sayta danışırdım. Bunun üçün də saytın redaktoruna – mənim Tonino Queyrom olan redaktor Zakirə xanıma minnətdaram. Məhz o müsahibədən sonra mən demək olar ki, hər gün Yenicag.az-ı izləməyə başladım. Bir saytda peşəkarların çalışması onun rəhbərinin uğurudur. Mən bu gün – saytın rəhbəri Aqil Ələsgəri təbrik edirəm. Çünki peşəkar bir komandanı ətrafına toplamaq onun yaxşı idarəçi olmağından xəbər verir. Bu, hər rəhbərə qismət olmayan özəllikdir. 10 ilini arxada qoyan Yenicag.az-a nə arzulaya bilərəm ki? Ən oxunaqlı sayt olsun, həmişə yeni, maraqlı xəbərlərlə, yeni rubrikaları ilə oxucularını sevindirsin. Həm də çox istərdim ki, Azərbaycan mədəniyyətində iz qoymuş insanlarla müsahibələr təşkil edib, onların fəaliyyəti ilə bağlı oxucuya vaxtaşırı məlumat verəsiniz. Çünki bugünki gənc nəslin belə xəbərlərə ehtiyacı və marağı var. Çox istərdim ki, məhz Yenicag.az bu marağı təmin etsin.
10 yaşın mübarək, Yenicag. İnşallah, yeni yubileylərini qeyd edək”.

Baba Vəziroğlu – Şair:

“Dostların uğurları insana sevinc bəxş edir. Yenicag.az saytı da bu gün əlamətdar bir uğuru – 10 yaşını qeyd edir. Bugünki media nəhəngləri ilə bir sırada durmaq, xəbər bolluğunda hadisələrə fərqli, qərəzsiz yanaşmaq hər saytın işi deyil. Yenicag.az məhz bununla fərqlənir. Saytın bütün kollektivini bu gözəl gün münasibəti ilə təbrik edirəm. Bir söz adamı kimi bu sayta ancaq sayılıb-seçilən söz sahibi, operativ və aktual xəbər ötürücüsü olmağı arzulayıram. Yeni yaşlara doğru Yenicag… Bütün çağlarda simanı qorumağın arzusu ilə…

Zəhra Quliyeva – Xalq artisti, professor

Yeniçağ.az saytı… Hər günümüzü yeni, dolğun, maarifləndirici xəbərlərinizlə aydınlatdığınız üçün səmimi qəlbdən təşəkkürümü bildirirəm! Yubileyinizi təbrik edir, uğurlar diləyirəm!”

Saleh Bağırov – İTV-nin aparıcısı:

“Peşəkar kadrlar, doğru informasiya, vicdanla çalışan yüksəksəviyyəli heyət: sizin saytın fəaliyyətini məhz bu cür dəyərləndirirəm. İnformasiyanın düzgün çatdırılması məsələsində problem yaşadığımız bir vaxtda az sayda olan saytlardansınız ki, heç bir zaman sizin işinizdə yanlışa rast gəlmədim. Özüm oxucunuzam. Böyük maraqla sizdən həm informasiya alır, həm də maariflənirəm. Arzu etmirəm, çünki inanıram… İnanıram ki, siz bundan sonra da işinizi peşəkarcasına görəcək, yeni uğurlar qazanacaqsınız. İstedad və səmimiyyət üst-üstə düşürsə, orda uğur qaçılmazdır. Bu, sizin uğur düsturunuzdur. Siz bu parametrlərə cavab verən komandasınız. Uğurlarınız bol olsun. Təbriklər!

Tahir Əkbər – Əməkdar incəsənət xadimi, bəstəkar:

“Mən dəfələrlə sizin saytınıza açıqlamalar, müsahibələr vermişəm, bilirəm ki, bu sayt həqiqətə, haqqa xidmət edir. Məlumatları obyektiv şəkildə dərc edirsiniz. Buna görə də ürəyimdən keçənləri həmişə cəsarətlə söyləmişəm, bilmişəm ki, olduğu kimi dərc olunacaq.
Bu gün yubileynizi qeyd edirsiniz. Təbrik edirəm. Sizə uğurlar arzulayıram. İnanıram ki, həmişə olduğu kimi yenə də haqqa xidmət edəcəksiniz”.

 

 

www.yenicag.az

2155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv