Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 18 medalla başa vurdular
Qubada keçirilmiş cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Yenicag.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər bəlli olub.
Azərbaycan cüdoçuları bu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurublar.
Səid Şərifov (-73 kiloqram), Amin Mehdiyev (-81 kiloqram) və Səid Hüseynov (-90 kiloqram) gümüş medalla kifayətləniblər.
Məhəmməd Ağakişiyev (-73 kiloqram), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kiloqram) bürünc medala sahib olublar.
Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanmışdı. Anar Quliyev (-50 kiloqram), Zeyd Ələsgərov (-60 kiloqram), Nuranə Hacızadə (-48 kiloqram) qızıl, Rəsul Əlizadə (-55 kiloqram), Fəxri Sahibzadə (-66 kiloqram), Leyla Ələkbərova (-48 kiloqram) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kiloqram), Röyal Qayıbov (-60 kiloqram), Hüseyn Hüseynov (-66 kiloqram), Xədicə Abdullayeva (-44 kiloqram) və Aysun Məmmədova (-52 kiloqram) bürünc medala layiq görülüblər.
Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması turnirin komanda hesabında ikinci yeri tutub.