Yer kürəsinin orbitində qeyri-adi ağ obyektlər görünüb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ufoloq Skot Uorrinq bu görüntüləri şərh edib.
O bildirib ki, UNO-ların ağ rəngli obyekti 10 iyul tarixində Beynəlxalq Kosmik Stansiyanın kamerasına düşüb:
“Yadplanetlilər yenidən insanlara nəzarət etmək üçün kameraya yaxınlaşıblar. Onlar həmçinin Kosmik Stansiyanın işini araşdırır. Bu görüntülər UNO-ların varlığını və kosmosda aktiv olduqlarını bir daha təsdiq edir”.
Ekspertlərin fikrincə, yadplanetlilər orbitin yaxınlığında Yer kürəsinin müxtəlif dövlətləri ilə görüşlər keçirir.
Zaur H.