Yəqin ki, çox insan bu dünyada cənnəti görməyi arzu edir. Cənnət isə o qədər də uzaqda deyil. Elə dövlətlər var ki, orada qurulan şərait, insanların sosial rifahı və azadlığı həmin ölkəyə məhz cənnət deməyə əsas verir. Belə ölkələrdən biri də Uruqvaydır.
Pulsuz səhiyyə, təhsil xidmətləri, ölkə daxilində internet, pulsuz park, bağça və muzeyləri, gözəl qızları, ucuz benzini Uruqvayın əsl cənnət olduğunu bir daha sübut edir.
Uruqvayın Cənubi Amerikada bir cənnət olmasının özəl səbəbi var. Bu, Uruqvayın sabiq dövlət başçısı Xose Muxikanın apadığı uğurlu islahatların nəticəsidir. Muxika hamının sevimlisi idi. Çünki o, maaşının 90%-ini yoxsullara bağışlayaraq hər zaman xalqın içində idi. O, mühafizəsiz köhnə avtomobilində bütün ölkəni gəzirdi. Muxika prezident sarayında yox, həyat yoldaşı ilə fermada yaşayırdı.
Yenicag.az Uruqvayın cənnət adlandırılma səbəblərini təqdim edir:
1. Təhsil
Dövlət büdcəsinin 20 faiz azad və dünyəvi təhsil sisteminə ayrılır. Uruqvay bütün tələbələr üçün pulsuz planşet təqdim edən ilk ölkədir.
2. Ordu
Uruqvayda cəmi 15 min nəfərlik ordu var, hərbi xidmət isə məcburi deyil.
3. Çimərlik
Dünyanın ən təmiz saxlanılan çimərlikləri buradadır. Çimərliklər tamamilə pulsuzdur.
4. Əyləncə həyatı
Uruqvaylılar əyləncə sevəndirlər. Burada hər gün festival, parad və əyləncə gecələri keçirilir.
5. Qonşular
Uruqvayın heç bir qonşu dövlətlə problemi yoxdur.
6. Gəlir fərqləri
Xalq arasında təbəqələşmə demək olar ki, yox səviyyəsindədir. Ölkənin zəngin və yoxsul hissəsi azlıq təşkil edir. Gəlirlər arasında fərq cüzidir.
7. Siyasi etika
Ölkənin istənilən naziri rüşvət qalmaqalı olacağı təqdirdə istefa verir.
8. Benzin qiymətləri
Dünyada ən ucuz benzin məhz buradadır.
9. Ət istehlakı
Uruqvay dünyanın ən böyük ət istehsalçılarından biridir. Adam başına 3,5 inək düşür. Hormonsuz, antibiotiksiz heyvan yetişdirilir.
10. İnternetə çıxış
Dünyada internetin pulsuz olduğu ilk ölkə Uruqvaydır.
11. Mətbuat
Uruqvay söz azadlığına görə dünyada ikinci yerdədir.
12. Tıxac
Ölkədə heç bir yolda tıxac yoxdur. Çünki Uruqvayda daha çox su nəqliyyatından istifadə olunur.
13. Səhiyyə sistemi
Uruqvayda səhiyyə sistemi pulsuzdur.
14. Əmlak əldə etmək
Xaricilərin burada əmlak alqı-satqısı üçün heç bir problem yoxdur. Onlar Uruqvay vətəndaşları ilə eyni hüquqlara malikdirlər.
15. Mədəni həyat
Muzeylər, parklar, çimərliklər tamamilə pulsuz və ictimaiyyətə açıqdır.
16. Marixuana
Bu ölkədə marixuana əkmək,çəkmək və satmaq cinayət deyil.
17. Orqan bağışlanması
Uruqvayda qüvvəyə minmiş qanuna əsasən, bütün ölkə vətəndaşları dünyalarını dəyişdikdən sonra avtomatik olaraq orqan donoru hesab edilirlər. Ölümündən öncə məktub yazaraq buna etiraz etmiş vətəndaşlar isə istisna təşkil edir.
www.yenicag.az