Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.
DİN-dən Yenicag.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.
Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32000 ABŞ dolları və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
Görülmüş tədbirlərlə qrupun digər üzvü – R.Cabbarov da saxlanılıb.
Polis əməkdaşları tərəfindən 10000 ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
www.yenicag.az