Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq öldü
Yevlaxda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Qaraçılar məhəlləsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü uşaq ərazidən keçən su kanalına düşərək boğulub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Apa/













