Yolun çökməsi ilə bağlı “Azərsu”-dan münasibət

media-hightechnic-468x90

errrrrrrrrrBakının Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir.

Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakının Nobel prospektində yolda baş verən çökmə ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Azərsu” ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır: “İndiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb”.

A. Cəbrayıllı deyib ki, hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil: “Kollektorda çirkab suların səviyyəsi düşdükdə xətt daxildən yoxlanacaq, yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600