23 ictimai qurum “Youtube” sosial şəbəkəsini ABŞ Federal Ticarət Komitəsinə şikayət edib.
Yenicag.az xəbər verir ki, 13 yaşdan kiçik olan uşaqların “Youtube”dan istifadə etməsinə qarşı etirazlar davam edir. Sosial şəbəkədə azyaşlıların özləri üçün kanal açması və buradan müxtəlif yayımlar həyata keçirməsi ictimai quruluşları ayağa qaldırıb. Araşdırmaların nəticəsində məlum olub ki, uşaqlar üçün yaradılan “Youtube Kids” də adi təhlükəsizlik tələblərinə cavab vermir. Bu sosial platformada qeydiyyatdan keçən uşaqlar çoxlu reklamlara məruz qalır.
Bu baxımdan 23 ictimai qurum ABŞ vətəndaşı olan uşaqların 80%-nin “Youtube”dan istifadə etdiyini əsas gətirərək sosial şəbəkənin külli miqdarda cərimə ödəməsini tələb edir.
www.yenicag.az