Yük avtomobili traktorla toqquşdu - Xəsarət alan var

media-hightechnic-468x90

Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Беларус” markalı traktor toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600