“Yuventus” ardıcıl 4 dəfə İtaliya çempionu oldu

media-hightechnic-468x90

b263f12d9e0ba17bbd4e4cd18f8dd63fSəfər oyununda “Sampdoria”nı tək qolla məğlub edən “Yuventus” İtaliya A seriyasında mövsümün bitməsinə 4 həftə qalmış çempionluğu rəsmiləşdirib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, üst-üstə 4-cü dəfə çempion olan “qoca sinyora” turnir cədvəlindəki ən yaxın izləyicisi “Latsionu” 14 xal qabaqlayıb.

Ümumilikdə isə 31-ci dəfə ən yaxşı olmanın sevincini yaşayan Turin klubu bu göstəricidə digər rəqiblərindən böyük fərqlə irəlidədir.

Çempionluq sayına görə “Yuventus”un ən yaxın izləyiciləri “Milan” və “İnter”dir ki, eyni şəhəri təmsil edən hər iki klub cəmi 18 dəfə mövsümün ən yaxşısı ola biliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600