Zahid Oruc: İttifaqlı yetim
Fransızların “pilləkəndə hazırcavablıq” adlandırdıqları vəziyyət belə Serj Sarqsyanın son aylarda yaşadığı rüsvayçılığı izah etməkdə acizdir.Dümanın həmvətənlərinin tapıntısı bir xalq üçün deyil,bəşəri məzmun daşıyır,amma onu fərdlərə də tətbiq etmək olar.Fransız “formul”unun mahiyyəti budur ki,əgər bir şəraitdə ağır məğlubiyyətə məruz qalırsansa,hətta alçaldılırsansa,onda dərhal göstərə bilmədiyin reaksiyanın yerini sonrakı illər “xəyali cavablar” tutur və günün birində tərcümeyi-halının ən ağır səhifəsi sənin üçün doğmalaşır,qəhrəmanıq hekayətinə çevrilir. Erməni prezidentini son aylar ərzində təqib edən Nazarbayevin silləsi hələ uzun müddət onun hakimiyyəti və təmsil etdiyi dövlət üçün qorxulu kabus olaraq qalacaq.
Ötən ilin əvvəlində Avrasiya İqtisadi Birliyinə qəbul üçün “yol xəritəsi” alan Ermənistan üç dəfə təxirə salınandan sonra nəhayət ki,bu qurumun üzvüdür.Onsuz da cəmiyyətdəki etirazları heç bir vəchlə yatırmaq mümkün deyildi,indi onun üzərinə yeni İttifaq müqaviləsi ətrafındakı qarşıdurmalar da əlavə olunub.Sosial gərginliyin və meydanlardakı etirazların siyasi nəticələrinin olmaması bir ayrı söhbətin mövzusudur. Lakin xalqı gömrük rüsumları ilə sakitləşdirmək,yaranmış təcridolunmadan tamamilə çıxarmaq mümkün deyil.
Bəs başqa alternativlər vardımı,yaxud Sarqsyanın imzası ilə iqtisadi müstəqilliyini tam itirdiyi elan olunan bir dövlətin bir vaxtlar üzvü olduğu “Şərq tərədaşlığı”nın sonu necə oldu?
Nə qədər qəribə də olsa,hətta indiki vəziyyətdə belə ermənilər Brüsseldən müsbət cavab alacaqlarına bel bağlayırlar.Almaniyanın bu ölkədəki səfiri bəyan edib ki,artıq öz seçimini Rusiyanın yaratdığı birliyə etmiş bir dövlətin Qərbin fəal ticarət partnyoru ola bilməyəcəyi aydındır.Lakin bütün körpülər hələ yandırılmayıb.Əgər əvvəl başqa assosiativ saziş üzərində iş aparılırdısa,yaranmış yeni şəraitə uyğun Ermənistan üçün başqa çərçivə sənədi təklif olunacaqdır.Onun şərtləri tam bəlli olmasa da ehtimal ki, Avropa Birliyi təkcə Gürcüstanın hesabına Cənubi Qafqazda nüfuzunu,yaxud dayaqlarını qoruya bilməyəcəyinə əmindir.Ona görə də fərqli yollarla illər ərzində üzərində iş aparılan,lakin 2013-cü ilin 29 noyabrında Ukraynanın başının bəlası olan sammitdən sonra iflasa uğramış tərəfdaşlığı bərpa etməyə çalışırlar.Birliyin region üzrə səlahiyyətli nümayəndəsi Herbert Salberin uzun fasilədən sonra yenidən təşrif buyurması fonunda hamı üçün maraqldır ki,Qərbin bu bölgəyə yanaşması və yeni konsepsiyası nədən ibarət olacaq?
Xatırlamağa dəyər ki,əvvəlki fransız səfiri Filip Leforu bu ilin iyun ayında əvəz edən hazırki qərbli diplomat bölgə ilə yaxından tanışdır və xüsusi olaraq münqaşələrin həlli üzrə ixtisalaşmış adamdır.O,hər üç Qafqaz ölkəsində 2006-cı ildən başlayaraq dəfələrlə olub və rəsmi təyinatından sonra ilk dəfə 3 ay öncə buraya təşrif buyurub.Ekspertlər o zaman qeyd edirdilər ki,Avropa Bilriyi iqtisadi platformada fəaliyyət göstərməsinə baxmayaraq bundan sonra Qarabağ və Gürcüstanın məlum problemləri üzrə fərqli siyasətini Salber hesabına həyata keçirməyə çalışacaq. Avrokomissarlığın xarici işlərinə baxan Ketrin Eşton da bu əminliyi artıran bəyanatlar verərək,yeni şəxsin üzərindəki mühüm missiyadan bəhs etmişdi.Lakin Rusiya ilə konfrontasiya və Putin İttifaqının gələcək planları Qərbin Qafqaz siyasətini kökündən dəyişməyi tələb edir.
Sizcə hazırda Ukraynadakı müharibəni görən hansı postsovet ölkəsi növbəti qurban olmaq üçün namizədliyini irəli sürər?Moldovanın prezidenti Nikolay Timofti ilə Putinin son söz dueli axırıncı MDB toplantısının əsas hadisəsinə çevrildi və bu siyasi atışmanın müşahidəçiləri soyuq bir nəzərlə təkcə “dəyirmi masa”dakı toqquşmanı deyil,ondan sonrakı davanı gözləyirdilər.Rəsmi Kremlin planları özünü çox gözlətmədi.Dünən Lavrov sanksiyaçıların və antirus barrikadasının menyüsünə daha “sanballı” tezis verdi.Əslində ondan öncə Rusiya prezidnetinin dilindən səslənmiş “biz Avropa ilə əməkdaşlığın əleyhinə deyilik,lakin baxır hansı şərtlə” bəyanatı bir az da inkişaf etdirələrək daha təhülükəli mahiyyətdə moldovanlıların qarşısında qoyuldu.Lavrov bildirdi ki,əgər Moldova Qərbin tərəfdaşlığı yolunda siyasətini hüquqi müstəvidə davam etdirəcəksə,onda Dnestryanı bölgənin müstəqilliyi və onun təhlükəsizliyinin təminatı yeni Avrasiya Biriliyinin əsas qayğısı olacaq.Qaranlıq heç nə qalmadı ki?Rusiyanın dünyaya verdiyi mesajı başa düşməyənlər oldumu?
Bax yeni arxitektura budur.90-cı illərdə təzə müstəqilliyini qazananda güclü Qərb öz istədiyi kimi bölüşdürməyib dünyanı?İndi zaman və qüvvələr nisbəti dəyişib və nəinnki ərazisi işğal olunmuş dövlətlər,o biriləri də bundan nəticə çıxarmalıdır.Demək,ərazi bötüövlüyü tam şəkildə qorunaraq saxlanan ölkələr-Orta Asiya dövlətlərinin də hər biri anlamalıdır ki.türk vahidliyindən,yaxud başqa abstrak idellarından başları dumanlanıb Türkiyənin periferiyasına yuvarlanmağa can atmasınlar.Axı onsuz da hamı bilir ki,rus əskəri oradan getsə,özbəklər,taciklərə, qazaxlar qırğızlara elə bir düşmənçilik yapacaqlar ki,hamı Rusiyaya sülhü bərpa etmək üçün təzədən yalvarmalı olacaq.Bir də 23 ildir o ölkələrin başında rahat oturan rəhbərlərin belə geosiyasi reverans edib yeni ittifaqlara can atmaları nəyə lazımdır ki?Məgər hakimiyyətlərinə təhülkə var?Qətiyyən yoxdur.Ona görə İslam Kərimov nəinki cənub qonşusunun xoşuna gəlməyə,eləcə də öz siyasi sabahı naminə MDB kimi sabit və təhlükəsiz bir qurumu dağıdan Poroşenkoya qarşı yüklənməkdə haqlıdır.Məhz öz məntiqi üzərində.
Bəs 20 faizi yaralanmış Ukrayna,Azərbaycan və Gürcüstan nə etsin?Avropa Birliyi onların bütövlüyünə qarantiya vermir və real olaraq hər üç ölkəni təhlükəyə atan da məhz Qərb olub.Biz inqibların ixracından və ya son dövrlər dəbdə olan terminlə desək,xaos nəzəriyyələrindən danışmırıq.Bəli,kəşfiyyat məlumatları olmadan da gizli deyil ki,gürcülər Ukrayna cəbhəsində ruslara qarşı savaşda avropalıların adından ya döyüşür,ya da maddi,mənəvi və hərbi yardımları göstərməkdə xüsusi canfəşanlıq göstərirlər.Dəqiq bəllidir ki,Tbilisidən hansı kommuniksiya vasiətələrilə Ukraynaya silah və texnika daşınır.Necə deyərlər,bu ölkə, Qərbin kinci Normandiya cəbhəsidir,lakin bu dəfə keçmişdəki müttəfiqləri olan ruslara qarşı.Ancaq bu qlobal savaşın taleyini həll etməkdə çox cüzi köməkdir.Belə savaşla rusları məğlub edə bilməzlər.Bir də ki,onsuz da beşdə biri ələ keçirilmiş ölkələr arasındakı əvvəlki bağları artıq qoruyub saxlamaq da mümkün olmayacaq.
Sarqsyan isə hətta yeni İttifaqda da özünü yetim saymaqda davam edir.Günlər öncə onun Nazarbayev əleyhinə kəskin ittihamları dediklərimizə sübutdur.Qazax prezidentini türk şovinizmində və azərbaycanlılara milli həmrəylik göstərməkdə suçlayan bu adam Ermənistanın gələcək faciələrini yazmağa ünvan tapıb.Sən demə,Avrasiyadakı təşəbbüslərinin və iqtisadi planlarının da qarşısını alan varmış.Növbəti türk xofu və ermənilərin əbədi kabusu.Nazarbayevin zərbəsi sən demə təkcə onun Azərbaycan prezidenti və xalqı ilə dostluğuna görə deyil,həm də böyük tarixi köklərə və vahid türk ideallarına bağlıymış.Ermənistan rəhbəri Putinə şikayət məktubu hazırlayır.Lakin o,yaxşı bilir ki,İlham Əliyevin diplomatik qələbəsini,həmçinin ermənilərin indi başında dayanan adamın böyük şahmat taxtasında siyasi piyada olduğunu göstərən məktubunu yazmağa isə gücü çatmır.
Elə prezidentliyi davam etdirməyə də.Ölkənin birinci kreslosu bu adam üçün əzab yerinə,elektrik stuluna çevrilib.Liderliyin mənəvi hakmiyyət olduğunu,insanların təfəkkür və düşüncə aləmində özünə yer etməyi bacarmağı ermənilər yaxşı bilirlər.Lakin nə edəsən ki,1-ci adam indi orada ən sonuncu şəxsdir.Sözün bütün mənalarında.
Müdafiə naziri Ohanyan isə milli düşüncədəki pessimizmi ört-basdır etmək üçün bir vaxtlar eyni səngəri bölüşdükləri rəhbərinə müraciətlə deyib ki,,onlar Qarabağ məsələsini diplomatların öhdəsinə veriblər,lakin istənilən zaman onu geri ala bilərlər.Halbuki Sarqsyanın hansı miqyasda diplomat olduğunu bütün dünya bilir.Onun adı gələndə,Tiqran da qəbirdə çevrilir.
Ermənilər deyir ki,Sarqsyanı ona yazılıb verilən hazır mətnlər pis günə qoydu.Ancaq hamı bilir ki,o,heç üzündən də yaxşı oxuya bilmir.Ona görə Tribuna birilərinin ucalığını,başqalarının isə aşağılığını ətrafa nümayiş etdirir!Belələrini silahla yox,kürsü ilə öldürürlər! (yenicag.az)